COVİD pasportu olmayanlar məhkumlarla görüşə buraxılmır

10:54 25.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda məhkumlarla ailə üzvləri arasında uzunmüddətli görüşlərin keçirilməsinə icazə verilir.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, artıq bir sıra cəzaçəkmə müəssisələrində belə görüşlər təşkil olunur.

 

Pandemiya şəraiti davam etdiyindən məhkumlarla uzunmüddətli görüşlərin keçirilməsinə yalnız COVİD-19 pasportu ilə icazə verilir.

 

Belə ki, hər iki doza ilə peyvəndlənmiş şəxslər həbsdə olan yaxınları ilə görüşə bilərlər. COVİD-19 pasportu olmayanlar isə uzunmüddətli görüşə buraxılmır.

 

Qeyd edək ki, ötən ilin mart ayından bəri koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar məhkumlarla görüşlər dayandırılmışdı.